Azərbaycan birinci divizionunda 17-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, turun son günündə üç qarşılaşma keçirilib.“Sabah-2” səfərdə "Qaradağ-Lökbatan"ı darmadağın edib - 5:0. “Zirə-2” evdə 1:3 hesabı ilə "Zaqatala"ya məğlub olub. “Səbail-2” – “Qarabağ-2” matçında isə qapılara qol vurulmayıb.
28 fevral (cümə)
“Qaradağ-Lökbatan” – “Sabah-2” – 0:5
Qollar: Mehdi Çoba, 14, 29, Reza Biqdelo, 79, Zahid Mərdanov, 90+4, 90+6 (pen.)
“Səbail-2” – “Qarabağ-2” – 0:0
“Zirə-2” – “Zaqatala” – 1:3
Qollar: Tapdıq Əhmədov, 1 (pen.) // Xəyal Əmirli, 10, Ülvi Quliyev, 50, Roini İsmayılov, 83