İngiltərə Liqa kubokunun final oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, həlledici oyunda "Mançester Siti” ilə "Aston Villa” qarşılaşıb.Londonun "Uembli” stadionunda keçirilən matçda "Mançester Siti” 2:1 hesablı qələbə ilə mükafata sahib çıxıb.
"Mançester Siti” ardıcıl 3-cü dəfə Liqa kubokunun qalibi olur. Bütövlükdə isə "şəhərlilər” 7-ci dəfədir bu turnirin ən güclüsü adını qazanırlar.
"Aston Villa" – "Mançester Siti" - 1:2
Qollar: Samatta, 41 - Aquero, 20. Rodri, 30.