Estoniya Super Kubokunun qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, həlledici görüşdə "Flora” və azərbaycanlı futbolçu Nurlan Novruzovun komandası - "Narva Trans” üz-üzə gəlib."Narva Trans” 0:2 hesabıyla yenilib.
Nurlan 52-ci dəqiqədə, komandası 0:1 hesabı geridə olduğu zaman meydana çıxaraq rəsmi debütünü reallaşdırıb.