“Neftçi”nin futbolçusu Mamadou Kane Azərbaycan Premyer Liqasının 19-cu turunda “Səbail”lə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra açıqlama verib.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi sürətlə yayılan koronavirusdan danışıb. O bildirib ki, bu xəstəlikdən qorunmaq üçün evdən çıxmır: “Əvvala çox heyif ki, planetimiz belə bir problemlə üzləşdi. Biz nə edə bilərik? Allaha dua edə bilərik ki, tezliklə bitsin, bu virus, yer kürəsində olmasın. Mən şəxsən çalışıram ki, məşqlərdən sonra dərhal evə gedim, heç yerə çıxmayım. Virusdan qorunmaq üçün evdən çıxmıram”.