Avropa Liqasının finalı bu stadionda keçiriləcək

21:26 2 Mart 2020

Avropa Liqasının 2022-ci ildə keçiriləcək final matçının stadionu açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA həlledici görüşün Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcəyini bəyan edib.Həmin il UEFA Super kuboku matçı Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda, 2023-cü ildə isə Rusiyanın Kazan şəhərindəki “Kazan Arena”da təşkil ediləcək.

 

Avropa Liqasının bu il final görüşü Polşanın Qdanks şəhərində keçiriləcək. 2021-ci ildəki finala isə İspaniyanın Sevilya şəhəri ev sahibliyi edəcək.


Digər xəbərlər

Xəbər xətti