AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Fritz Ştuxlik postunu tərk edəcək.
Sportarena.az xəbər verir ki, avstriyalı ilə iş birliyi AFFA-nın icraçı vitse-prezidenti və baş katibi olan Elxan Məmmədovun ürəyincə deyil. Yetərincə böyük məbləğdə əməkhaqqı alan Ştuxliki yaxın münasibətdə olduğu sabiq yunan referi Kiros Vassarasın təklifi ilə AFFA-ya gətirən Elxan bəy artıq yanlış addım atdığının fərqindədi.
İşinə ciddi yanaşmayan, ədalət təmsilçilərinin səviyyəsinin yaxşılaşması baxımından heç nə ilə yadda qalmayan sədr mövsümün sonunda yola salınacaq. (fanat.az)