Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda Premyer Liqanın XIX turunda baş verənlər müzakirə olunub. Çempionatın sonuncu turunda keçirilən “Neftçi” – “Səbail”, “Zirə” – “Qəbələ” və “Sumqayıt – “Keşlə” matçlarında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub.
Bundan başqa, U17 liqasında çıxış edən "Xəzər Lənkəran" komandasının baş məşqçisi Ağadadaş Həmidov sərt cəzalandırılıb. Belə ki, o, sözügedən görüşün 87-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan qovulub.
Ancaq qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. Bu səbəbdən də Ağadadaş Həmidov 20 oyunluq cəzalanıb.