“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 19-cu turunun rəmzi komandası müəyyənləşib.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, "Qarabağ" və "Sumqayıt"ın 4, "Qəbələ"nin 2, "Sabah"ın isə 1 oyunçusu yer alıb:
Qapıçı: Saşa Stamenkoviç – 272 (“Sabah”) – 3
Müdafiəçilər: Qismət Alıyev – 324 (“Qəbələ”) – 3, Camaləddin Xocaniyazov – 273 (“Sumqayıt”), İviça Juniç – 271 (“Qəbələ”) – 3, Maksim Medvedev – 248 (“Qarabağ”) – 4
Yarımmüdafiəçilər: Abdullah Zubir – 262 (“Qarabağ”) – 6, Aleksey İsayev – 319 (“Sumqayıt”), Rəhim Sadıxov – 315 (“Sumqayıt”), Xayme Romero – 262 (“Qarabağ”) – 5
Hücumçular: Kvabene Ovusu – 251 (“Qarabağ”), Peyman Babayi – 239 (“Sumqayıt”)
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.Turun futbolçusu isə “Qəbələ”nin üzvü Qismət Alıyev seçilib.