PFL çempionatın bir oyununu təxirə saldı

15:58 3 Mart 2020

Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçularının, mülki işçilərinin infeksion xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədi ilə hərbi qulluqçuların və mülki işçilərin xidmət etdikləri  və çalışdıqları hərbi hissə və müəssisələrdən ezamiyyətə getmələri müvəqqəti  olaraq dayandırılıb.

 

Sportarena.az xəbər verir ki, buna görə də MOİK klubunun rəhbərliyi bu gün Peşəkar Futbol Liqasına müraciət edərək, 6 mart 2020-ci ildə keçirilməli olan “Turan Tovuz” – MOİK görüşünün təxirə salınmasını xahiş edib. PFL rəhbərliyi müraciəti rəhbər tutaraq, qeyd olunan oyunu təxirə salıb.

 

Görüşün vaxtı və yeri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.


Xəbər xətti