“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveironun səhhətində problem yaranıb.
Sportarena.az xəbər verir ki, 65 yaşlı qadın dünən gecə insult keçirib və təcili olaraq xəstəxanaya yerləşdirilib.Həkimlərin cərrahi müdaxiləsi sayəsində ciddi problemlərin olmasının qarşısı alınıb. Onun vəziyyətinin sabit olduğu bildirilib. Ronaldonun anasının müalicəsinin xəstəxanada davam etdirildiyi vurğulanıb.