Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Neftçi" – “Sabah” matçı Rəvan Həmzəzadəyə, "Keşlə" – "Qarabağ" görüşü isə FİFA referisi Əliyar Ağayevə həvalə olunub.
7 mart (şənbə)
16:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlhаm Əliyev
Qəbələ şəhər stadionu
18:00. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakcell Arena
8 mart (bazar)
16:00. “Səbail” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
ASCO Arena
18:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
"ASK Arena"
Qeyd edək ki, turun bütün oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.