Almaniya Kubokunun ¼ finalında Leverkuzenin “Bayer”i Berlinin “Union”una qalib gəlib və yarımfinala vəsiqə qazanıb.
Sportarena.az xəbər verir ki, görüş Leverkuzendə “Bay-Arena” stadionunda baş tutub.Hesab birinci hissənin sonunda açılıb. 39-cu dəqiqədə vurulan qolun müəllifi Markus İnqvartsen olub. Meydan sahibləri 72-ci dəqiqədə tarazlığı bərpa ediblər – Kərim Ballarabi seçilib. 86-cı dəqiqədə “Bayer”i Çarles Arangis önə çəkib. Əlavə olunan vaxtda Mussa Diabi qarşılaşmada son nöqtəni qoyub.
“Bayer” – “Union (3:1).
Almaniya Kubokunun digər ¼ final matçında isə “Ayntraxt” “Verder”ə 2:0 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.