Premyer Liqada 2019/20 mövsümünün 200-cü qolu vurulub.
Sportarena.az xəbər verir ki, bu, XX turun “Səbail” – “Zirə” (1:3) qarşılaşmasında baş verib. Oyunda vurulan 3-cü top mövsümdə 200-cü olub. Bu qola qonaqların futbolçusu Ağabala Ramazanov imza atıb.
Mövsümdə ilk qolu I turun “Keşlə” – “Qarabağ” görüşündə (0:1) İsmayıl İbrahimli, 100-cü topu isə XI turun “Sabah” – “Sumqayıt” matçında (1:3) qonaqların futbolçusu Əmir Ağayev vurub.