Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının Asiya bölgəsi üzrə mart və iyunda oynanılacaq seçmə mərhələ matçları təxirə salınıb.
Sportarena.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Koronavirus səbəbiylə 23-31 mart və 1-9 iyunda keçirilməli olan qarşılaşmalar təxirə salınıb.Qərarın Asiya Futbol Konfederasiyası və FİFA-nın qarşılıqlı razılaşması ilə qəbul edildiyi və oyunların hansı tarixdə keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcəyi bildirilib.