AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda “Zirə” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.Belə ki,“Zirə”nin futbolçusu Cavid Hüseynov Premyer Liqanın 17-ci turunda “Qarabağ”la oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 (dörd) oyun cəzalandırılması, klubun 3200 (üç min iki yüz) manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.