"Qarabağ”ın mövsümün sonunda "BB Erzurumspor"da çıxış edən sabiq qapıçısını - İbrahim Şehiçi geri qaytaracağını xəbər vermişdik.Azərbaycanı avrokuboklarda davamlı şəkildə təmsil edən Ağdam klubunun heyətinə qatacağı daha bir futbolçunun kimliyi bəlli olub.
Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, "Qarabağ" rəsmiləri "Sumqayıt”ın istedadlı yarımmüdafiəçisi Aleksey İsayevlə razılığa gəlib. "Kimyaçılar”la olan müqaviləsinin müddəti cari "futbol ili”nin yekununda başa çatacaq İsayev azad agent statusu ilə iş yerini dəyişəcək.
Bu, Ağdam klubu üçün artıq keçilmiş təcrübədi. Premyer Liqanın lideri "Qəbələ”dəki oyunu ilə diqqət çəkən Filip Ozobiçi 2018-ci ildə eyni qayda ilə rənglərinə bağlamışdı.
Qeyd edək ki, 24 yaşlı İsayev 2018-ci ilin yayından "Sumqayıt"da top qovur.