Balayev də Rəşad Sadıqovun baş məşqçi olmasını istəyir - VİDEO

17:32 10 Mart 2020

“İctimai TV”-də yayımlanan “Bol İdman” verilişinin qonağı olan Azərbaycan milli komandasının və “Zirə”nin qapıçısı Emil Balayev Rəşad Sadıqovdan danışıb.

 

Sportarena.az xəbər verir ki, qolkiper Sadıqovun yığma komandaya baş məşqçi təyin olunmasını istədiyinin deyib. O bildirib ki, Rəşad millini yaxşı tanıyır və onun təyinatı komandaya xeyir verə bilər: “Rəşad millidə bir çox komandalara qarşı çıxış edib. Bütün yığmaların oynadığı futbola bələddir. Onlara qarşı necə oynamaq lazım olduğunu yaxşı bilir. Xarici mütəxəssis Azərbaycan çempionatını, futbolçuları analiz etmək üçün vaxt istəyəcək. Rəşad Sadıqov baş məşqçi kimi uğurlu olar”. 

 

 


Digər xəbərlər

Xəbər xətti