AFFA klubları cərimələdi

16:12 11 Mart 2020

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 20-ci turunda  baş verənlər müzakirə olunub.“Keşlə” – “Qarabağ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib. “Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
 

“Səbail” – “Zirə” oyununda “Zirə” klubunun futbolçusu Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” 800 manat cərimələnib.Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə oyunun startı gecikdiyi üçün “Səbail” klubu 800 manat cərimələnib.“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.


Digər xəbərlər

Xəbər xətti