Premyer Liqanın 28-ci turundan təxirə salınan “Mançester Siti” – “Arsenal” görüşü bu gün də keçirilməyəcək.
Sportarena.az xəbər verir ki, buna səbəb London təmsilçisinin futbolçularının koronavirus təhlükəsi üçün karantinə alınmasıdır.“Arsenal” klubundan verilən açıqlamaya görə, fevralın 27-də Avroliqanın 1/8 final mərhələsində “Olimpiakos”u qəbul etdikləri matçda futbolçular yunan klubunun sahibi Evangelos Marikanislə təmasda olub. Marikanisonun isə dünən koronavirusa yoluxduğu açıqlanıb. Bu səbəbdən də oyunçuların iki günlük karantinə alındığı qeyd edilib.
Futbolçular martın 13-də çıxacaq və şənbə günü “Brayton”a qarşı matça hazırlanacaqlar. Rəhbərlik görüşdən sonra məşqçilər heyəti və restoranda çalışanların da nəzarətə götürüldüyünü açıqlayıb.
Bu səbəbdən də bu gecə oynanılması gözlənilən “Mançester Siti” – “Arsenal” matçı təxirə düşüb.