Fransada Liqa Kubokunun finalı təxirə salındı

19:40 11 Mart 2020

PSJ və "Lion" arasında keçiriləcək Fransa Liqa kubokunun final matçı koronavirusa görə təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.Görüş aprelin 4-də "Stad de Frans" stadionunda keçirilməli idi. Görüşün yeni tarixi hələ ki, bəlli deyil.

 

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 1 774, ölənlər isə 33 nəfərdir. UEFA daha öncə PSJ-nin Çempionlar Liqasındakı matçının azarkeşsiz keçiriləcəyini də açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti