Tokio Olimpiadası 1 və ya 2 il sonra keçirilə bilər

12:30 11 Mart 2020

"Tokio-2020" Yay Olimpiya Oyunları koronavirus səbəbindən 2020-ci ildə baş tutmasa, bir və ya iki il sonra keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Wall Street Journal” Yaponiya Təşkilat Komitəsinin üzvü Haruüki Takahaşiyə istinadən yazıb.“Mən düşünmürəm ki, Oyunlar ləğv edilə bilər, bu, tarixin dəyişdirilməsi olacaq. Əgər onları ləğv etsələr, Beynəlxalq Olimpiya Komitəsi çətinliyə düşəcək”, - Takahaşi müsahibəsində deyib.     

 

O qeyd edib ki, tədbirin bir il sonraya salınması çətin olacaq, belə ki, bu halda Oyunlar digər vacib idman hadisələri ilə eyni zamanda keçirilicək. Takahaşi hesab edir ki, Olimpiya Oyunlarını iki il sonra keçirmək daha asan olacaq, belə ki, növbəti ilin idman tədbirlərinin cədvəli, demək olar, tamamilə razılaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti