“Yuventus”un üzvü Daniel Ruqani də koronavirus aşkarlanması italyan klublarını ciddi addımlar atmağa məcbur edib.
Sportarena.az xəbər verir ki, Milan “İnter”i artıq rəsmi olaraq bütün yarışlarda çıxışını qeyri-müəyyən müddətə dayandırdığını bildirib.Klubun Tvitter hesabından verilən açıqlamada növbəti qərara qədər heç bir turnirdə oynamayacaqlarını bildirilib.
Milanlılar bu gün Avropa Liqasında “Xetafe”yə qarşı oyuna çıxmaqdan da imtina edib. Matç təxirə salınıb.