Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına start verilib.
Sportarena.az xəbər verir ki, “Red Line”nin rəqibi “Premier” komandası oyuna gəlmədiyinə görə, ilk matç baş tutmayıb. Günün ikinci oyununda isə kubokun 2 il əvvəlki sahibi “Marafon” fasiləyə qədər 4 cavabsız top vurub. Fasilədən sonra daha 2 top vuran Yüksək Liqa təmsilçisi cavab oyununu bir növ formallığa çevirib.
Gözlənilməz nəticə isə “Araz” – “Baker Tilly” görüşündə qeydə alındı. Son çempion ardıcıl 2 qol vursa da, rəqibin 4 dəfə Kamranı məğlub etməsinin qarşısını ala bilmədi. Yeri gəlmişkən, birinci hissənin sonuna yaxın Kamran zədələndiyindən, “Araz” oyunu sona qədər 5 meydan oyunçusu ilə keçirdi. Ramiz Çovdarov həm də qapıçı funksiyasını yerinə yetirməli oldu. Son dəqiqədə Çovdarov 2 qol vursa da, komandasını məğlubiyyətdən qurtara bilmədi.
Günün son oyununda eyni liqanın təmsilçiləri üz-üzə gəldi. Qarşılıqlı hücumlarla müşayət olan matçda hesabı nominal qonaqlar açsa da, üstünlük cəmi 16 saniyə çəkib. Nurəli hesaba tarazlıq gətirdikdən sonra bir də hissənin sonuncu dəqiqəsində fərqləndi. İkinci hissənin startında dubl edən Ramazan Abbasov komandasını hesabda önə keçirdi. Yeri gəlmişkən, bütün oyunlar azarkeşsiz keçirildi.
Marafon – Atletiko Baku - 6:0
Qollar: Farid Mazaherichorası, 01:02, 36:18, Shahab Shahnazian, 03:35, Majid Khazaei, 08:50, Elşən İbrahimxəlilov, 14:46, 24:27
Araz – Baker Tilly - 6:7
Qollar: Sunay Həsənov, 08:33, Qurban Qurbanov, 09:44, 21:52, 31:51, Ramiz Çovdarov, 37:41, 38:10 // Yadulla Əmirəliyev, 09:56, Emil Məmmədov, 11:47, 12:13, 32:30, Rüstəm Bagirzadə, 18:06, 29:20, Turxan Quliyev, 27:45
Advokat – Star kargo-2 - 3:5
Qollar: Nurəli Əsədov, 17:33, 19:44, Ceyhun Əhmədov, 27:25 // Adəm Agabaliyev, 17:17, 32:19, Ramazan Abbasov, 20:21, 21:30, Turan Babayev, 27:05
Kubokun iki oyunu bu gün “Olimpik Star”da keçiriləcək. Neftçi – Badamlı və Nəqşicahan – Baku Fans oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.
19:45 EKOL – Standard
21:15 Hövsan – Yurd MFK.