Koronovirusa yoluxan “Yuventus”un müdafiəçisi Daniel Ruqani açıqlama verib.
Sportarena.az xəbər verir ki, testləri müsbət çıxan italiyalı futbolçu sosial şəbəkə hesabında sağlamlığının təhlükədə olmadığını bildirib:
“Xəbərləri oxudunuz, bəli, koronavirusa yoluxmuşam. Mənim üçün narahat olanlara səslənmək istəyirəm: vəziyyətim yaxşıdır. Epidemiya fərq qoymadan hər kəs üçün təhlükə yaradır. Hər kəsi sevdiklərini, ətrafında olanları və özünü düşünməyə çağırıram”.
Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.