Ronaldo ailəsi ilə Madeyrada belə dincəlir - FOTOLAR

16:22 13 Mart 2020

Koronavirus təhlükəsi səbəbindən “Yuventus”un düşərgəsindən ayrılaraq Portuqaliyaya gələn Ronaldonun harda istirahət etdiyi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, ulduz futbolçu doğulduğu Madeyra şəhərindəki villasında istirahət edir.Ronaldonun xanımı Corcina Rodrigez İnstaqramda həmin villadan görüntülər paylaşıb. Kriştianu ailəsi ilə yanaşı bacısı və anasını da özü ilə Madyeraya aparıb.

 

Bundan başqa Madeyra bölgəsinin Səhiyyə naziri Pedru Ramoş Ronaldonun İtaliyadan gəldikdən sonra karantinə alındığını açıqlayıb. O bildirib ki, futbolçuda və ya ailəsindən heç kimdə koronavirus aşkarlanmayıb: “O hazırda Madeyrada istirahət edir”.



Digər xəbərlər

Xəbər xətti