"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri nəzərdə tutulan tarixlərdə keçirilməyəcək.
Sportarena.az xəbər verir ki, yeni "Formula 1" mövsümünün ikinci və üçüncü mərhələləri - Bəhreyn və Vyetnam Qran-priləri koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.Bəhreyn mərhələsi 20-22 mart, Vyetnam etapı isə 3-5 april tarixlərində keçirilməli idi.
Daha öncə "Maklaren" komandasının üzvündə koronavirus aşkarlanması səbəbindən Avstraliya Qran-prisi ləğv olunmuşdu.
Qeyd edək ki, "Formula 1"-də mövsümün 7-ci mərhələsi olan Azərbaycan Qran-prisi 5-7 iyun tarixlərinə təyin olunub.