21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu təxirə salınıb.
Sportarena.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə – Azərbaycan matçı nəzərdə tutulduğu kimi martın 26-da oynanılmayacaq.
Görüş koronavirus epidemiyasına görə qeyri-müəyyən müddətə təxirə düşüb. Bu, AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıq razılığa və UEFA-nın təsdiqinə əsasən gerçəkləşib.
Buna qədər əsas millinin Maltadakı təlim-məşq toplanışı və ordakı yoxlama matçları təxirə salınmışdı.