UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verib.
Sportarena.az xəbər verir ki, qitə futbol qurumu avrokubokları iyunun sonuna qədər bitirmək niyyətindədir.UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında qərara alınıb ki, Avropa Liqasının final qarşılaşması iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə 27-də keçirilsin.
Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını gələn ilə təxirə salıb.