Mayın 8-10-da Bakıda keçirilməsi planlaşdırılan cüdo üzrə “Böyük dəbilqə” turniri koronavirusla əlaqədar qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Sportarena.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O, bununla bağlı Beynəlxalq Cüdo Federasiyasının rəsmi şəkildə məlumatlandırıldığını qeyd edib.
Bildirib ki, federasiya yaxın vaxtlarda özünün rəsmi saytı vasitəsilə bu yarışın başqa tarixə keçiriləcəyi ilə bağlı qərarını açıqlayacaq. Həmçinin mayın 11-12-də Bakıda keçirilməli olan paracüdo üzrə Qran-Pri ilə bağlı da müvafiq qərar qəbul olunacaq.
“Böyük dəbilqə” turniri Olimpiadaya, Qran-Pri isə Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.