Yeni Zenlandiya Futbol Federasiyası koronavirus səbəbindən ölkə çempionatını dayandırıb və liqanın qalibini elan edib.
Sportarena.az xəbər verir ki, sona 8 tur qalmış “Oklend Siti” çempion olaraq tanınıb.“Oklend Siti”nin aktivində 37 xal var və onlar “Tim Vellinqton”u 3 xal qabaqlayırlar.
Qeyd edək ki, bu qərar çempionatdakı klubların nümayəndələri, hökumət rəsmiləri və tibbi heyətlə aparılan müzakirələrdən sonra verilib.