NBA klubunun forvardında koronavirus tapıldı

16:38 18 Mart 2020

ABŞ-ın Milli Basktebol Assosiasiyasının (NBA) “Bruklin” klubunun forvardı Kevin Dürant koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bu barədə idmançı özü məlumat verib.Dürantın sözlərinə görə, onun koronavirus testinin nəticəsi müsbət olub. İdmançı onda xəstəlik simptomlarının olmadığını deyib.Koronavirus Dürantın digər üç klub yoldaşında da tapılıb, lakin simptomlar yalnız birində müşahidə olunur.

 

Xatırladaq ki, daha əvvəl NBA martın 12-də keçirilməli olan basketbol çempionatını qeyri-müəyyən vaxtadək təxirə salıb. Buna səbəb basketbol liqasında mübarizə aparan “Yuta Caz” klubunun üzvü Rudi Qoberdə koronavirus aşkarlanması olub. (Qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti