Futzal üzrə Çempionlar Liqasının dördlər finalı koronavirusa görə təxirə salınıb.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.Turnir aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.
Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” (İspaniya) – KPRF (Rusiya) və “Mursiya” (İspaniya) – “Tümen” (Rusiya) komandaları qarşılaşacaq.