“Yuventus”un futbolçusu Kriştianu Ronaldonun xanımı Corcina Rodrigez azarkeşlərin qəzəbinə tuş gəlib.
Sportarena.az xəbər verir ki, buna səbəb onun karantin qaydalarını pozmasıdır.Corcina koronavirusun sürətlə yayılmasına baxmayaraq alış-verişə çıxıb və Ronaldo üçün də təhlükə yaradıb. Bu da “Yuventus” azarkeşlərinin xoşuna gəlməyib və onlar Rodrigezə etiraz ediblər.