“Çölə çıxmaqda problem yoxdur” - “Qarabağ”ın futbolçusu

17:36 19 Mart 2020

“Qarabağ”ın futbolçusu Miçel İspaniya mətbuatına açıqlama verib.
 
 

Sportarena.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasının Azərbaycana təsirindən danışıb:
 
“Keçən həftəyə qədər hər şey qaydasında idi. Ancaq sonra çempionat dayandı. Kafe və restoranlar axşam saat 9-dək işləyir. Çölə çıxmaqda problem yoxdu. Bir çox yerə girməzdən əvvəl hərarətinizi ölçürlər. Komanda məşqləri saxlasa da, özümüz fərdi şəkildə hazırlığımızı davam etdiririk”. 


Digər xəbərlər

Xəbər xətti