İtaliya çempionatı bərpa olunur

18:02 19 Mart 2020

İtaliya A Seriyası mayın 3-də bərpa oluna bilər.

 

Sportarena.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlamasında təqvimi hazırladıqlarını deyib:
 

“A Seriyasını mayın 3-ü bərpa etməyi və iyunun 30-da bitirmək istəyirik. Liqaların iyulun əvvəli də bitməsi mümkündür. Hələ bu yöndə çalışırıq. UEFA və FIFA ilə yanaşı, ölkəmizin qurumlarına müraciət etmişik. Avrokuboklardakı fasiləni nəzərə almalı olacağıq”.


Digər xəbərlər

Xəbər xətti