Azərbaycanda oynamış futbolçular tualet kağızı “challenge”inə qoşuldu - VİDEO

20:31 19 Mart 2020

Dünyada koronavirus pandemiyası insanların təlaşlı şəkildə marketlərə "hücum çəkməsi”nə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, ən çox alınan mallardan biri isə tualet kağızıdır. Məhz bu üzdən dünyada məşqsiz qalan, evlərində oturan məşhur futbolçular tualet kağızı rulonunu çiləməklə məharətlərini göstərməyə çalışırlar.

 

Azərbaycanda oynamış (və ya oynayan) əcnəbi futbolçular da bu "challenge”ə qoşulub.

 

Bu baxımdan braziliyalı futbolçular çox aktivdir. "Neftçi”nin futbolçusu Dario Frederiko da Silva, millimizin oyunçusu Riçard Almeyda, yığmamızın sabiq ukraynalı qapıçısı Andrey Popoviç, "Qarabağ”ın keçmiş braziliyalı futbolçuları Pedro Enrike və Reynaldo dos Santos bu baxımdan seçiliblər. Həmçinin bu "challenge”də "Neftçi”nin tərcüməçisi Vüqar Əliyev iştirak edib. 

 

Dünyada isə "Barselona”nın futbolçusu Serxio Buskets, "Atletiko”nun portuqaliyalı oyunçusu Juau Feliş, Madrid "Real”ından İsko, braziliyalı Marselo və s. məşhur futbolçular oxşar hərəkətləri yerinə yetirib.(oxu.az)  

 

 


Digər xəbərlər

Xəbər xətti