Azərbaycanlı futbolçu hava limanında qalıb

13:25 19 Mart 2020

“Çempionat dayanıb. Hamı öz evinə yollanıb. Mən də Bakıya qayıtmaq istəyirəm”

 

Sportarena.az xəbər verir ki, bu sözləri matc.az saytına Bosniya və Herseqovinanın “Çelik” klubunda çıxış edən Elvin Yunuszadə deyib. O, daha sonra sözlərinə belə davam edib: “Çox şükür, sağlamlığımda bir problem yoxdur. Ancaq artıq bir gündür hava limanında qalmışam. Bakıya reys yoxdur. Məcbur İstanbulda qalacam”.

 

Qeyd edək ki, millimizin sabiq üzvü “Çelik” klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti