“Parisdə vəziyyət acınaqcalı olduğu üçün oradan ayrıldıq" - PSJ-nin kapitanı

15:27 20 Mart 2020

PSJ-nin kapitanı Tiaqo Silva Braziliyaya getməsinin səbəbindən danışıb.

 

Sportarena.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı  paylaşımında koronavirusa görə Fransada vəziyyətin acınacaqlı olduğunu və bu səbəbdən vətəninə qayıtdığını yazıb:


“Parisdə vəziyyət acınaqcalı olduğu üçün oradan ayrıldıq. Marketlərdə heç nə tapa bilmirdik. Braziliyada isə hər şey qaydasındadır. Ailəmizdə heç kimdə virusun əlamətləri yoxdur. Evdə uşaqlarla bərabər rahat otura bilirəm”.
 

Xatırladaq ki, Neymar də eyni səbəbdən ölkəsi Braziliyaya yollanıb.  


Digər xəbərlər

Xəbər xətti