"Azərbaycanda ən çox atam, ailəm, dostlarım üçün darıxıram" - Hendrik Ekşteyn

21:12 20 Mart 2020

"Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Səbail"in Cənubi afrikalı futbolçusu Hendrik Ekşteyn ölkəsinin radiolarından birinə açıqlamasında deyib.

 

Azərbaycanda ilk olaraq "Sabah"ın formasını geyinən 29 yaşlı yarımmüdafiəçi Masazır təmsilçisinə keçidindən danışıb. Təcrübəli oyunçu bildirib ki, Cənubi Afrika Respublikasının "Kayzer Çifs" komandasından ayrıldıqdan sonra "Sabah"dan təklif alsa da, əvvəlcə qəbul etməyə tərəddüd edib:

 

"Açığı, "Sabah"a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Həmyerlim Dino Ndlovunun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi".

 

Hendrik Ekşteyn ötən yay "Sabah"a keçsə də, qış fasiləsində bu klubla yollarını ayıraraq "Səbail"ə transfer olub.


Digər xəbərlər

Xəbər xətti