Hollandiyanın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri 2 il 9 aydan sonra komadan ayılıb.
Sportarena.az xəbər verir ki, bu barədə "The Sun" nəşri yayıb.
Qeyd edək ki, Abdelhak Nuri 2017-ci ilin iyulun 8-də Almaniyanın "Verder” komandası ilə yoxlama matçı zamanı huşunu itirib və təcili olaraq, helikopterlə xəstəxanaya çatdırılmışdı. Beynində problem yaranan futbolçu komaya düşmüşdü.