Türkiyənin “Qalatasaray” klubunda daha bir nəfərdə koronavirus aşkarlanıb.
Sportarena.az xəbər verir ki, klub prezidentinin köməkçisi Yusuf Günay “Tvitter” səhifəsində bu xəstəliyə yoluxduğunu bildirib.O, koronavirus testinin müsbət çıxdığını qeyd edib: “Təəssüf ki, testin nəticəsi müsbət oldu. Hazırda vəziyyətim yaxşıdı, müalicəm davam edir. Mənə dua edən dostlarıma təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.