Azərbaycan millisi FİFA reytinqində gerilədi

15:47 27 Mart 2020

FİFA qadınlardan ibarət milli komandaların 2020-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan seçməsi siyahıda 1 pillə geriləyib.Belə ki, keçən ilin dekabrında 75-ci sırada olan yığmamız 1321 xalla 76-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 2181 xalla ABŞ millisi başçılıq edir. Almaniya 2090 xalla ikinci, Fransa 2036 xalla üçüncü sırada yer alıb.


Xəbər xətti