Martın 11-də koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpası uzanacaq.
Sportarena.az xəbər verir ki, ölkənin İdman naziri Vinçentso Spadafora çempionatın mayın 3-də başlamayacağını bildirib:
“A Seriyasını mayın 3-də başlaması real görünmür. İdman təkcə, futbol deyil və futbol da A Seriyasından ibarət deyil. İdman yarışlarının təxirə salınmağı ilə bağlı hökümətə müraciət edəcəm".
Qeyd edək ki, İtaliya A Seriyasında 26 turdan sonra 63 xalı olan "Yuventus" liderdir. "Latsio" 62 xalla 2-ci, "İnter" 54 xalla 3-cü, "Atalanta" 48 xalla 4-cü, "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.