““Liverpul”un çempion elan edilməsi problem deyil” - Gündoğan

17:24 30 Mart 2020

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan koronavirus pandemiyasına görə təxirə salınan İngiltərə Premyer Liqası ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, ZDF-yə danışan Türkiyə əsilli alman futbolçu yarışın davam etdirilməyəcəyi halda, çempionluğun “Liverpul”a verilməsi ehtimalından danışıb:
 

“Hələ bu mövzu müzakirə edilmir. Belə vəziyyətdə “Liverpul”un çempion elan edilməsi problem deyil. Bəzi məsələlərdə idman mədəniyyəti olmalıdır. İndiki vəziyyətdə küçəyə çıxıb, 15 dəqiqə gəzmirik. Koronavirusu ciddi qəbul etmək lazımdır. Bu mübarizədən qalib ayrılmaq lazımdır”.
 

Premyer Liqanın başa çatmağına 9 tur qalıb. Çempionatın turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti