Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.
Sportarena.az xəbər verir, bu barədə klubun rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bildirilib. Jilina təmsilçisinin maliyyə böhranı səbəbindən bu addımı atdığı vurğulanıb. Klubun aprelin 1-i fəaliyyətini rəsmən dayandıracağı qeyd olunub.
Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" 7 qat Slovakiya çempionudur.
Xatırladaq ki, millimizin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu klubun şərəfini qoruyub.