İtaliya millisinin və "Roma"nın sabiq oyunçusu Françesko Totti instaqram canlı yayımında Luka Toni ilə söhbətləşib.
Sportarena.az xəbər verir ki, Toni İtaliya A Seriyasının gələcəyi ilə bağlı Tottinin fikirlərini öyrənməyə çalışıb. Həmçinin "Roma" mövzusu da açılıb. Totti İtaliyada mövsümün davam etməyəcəyini bildirib və "Roma"da oynamağa hazır olduğunu qeyd edib:
"Məncə, İtaliya A Seriyası bərpa olunmayacaq. FIFA və İtaliya Futbol Federiyası razılığa gəlməlidi. Qarışıqlıq yaranacaq."Roma"dan bəhs etdin və bir anlıq tüklərim biz-biz oldu. Oyunçu kimi komandaya qayıtmağımı istəsələr, böyük məmnuniyyətlə razılıq verərdim".