“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir

16:16 31 Mart 2020

İngiltərənin “Arsenal” klubu Madrid “Real”ının futbolçusu Luka Yoviçi heyətinə qatmaq istəyir.

 

Sportarena.az oxu.az-a istinadən xəbər verir ki, yayda qabonlu Pyer-Emerik Obameyanqın London klubunu tərk edəcəyi, onun yerinə isə serb hücumçunun alınacağı gözlənilir.“Ayntraxt”ın sabiq baş məşqçisi Draqoslav Stepanoviç də “Real”la ötən yay altı illik müqavilə bağlamış Yoviçin özünə yeni iş yeri axtardığını bildirib. Bosniya və Herseqovina serbi olan Yoviç ötən mövsüm Frankfurt klubunda 48 oyunda 27 qol vursa da, cari mövsümdə cəmi iki dəfə fərqlənə bilib.

 

Qeyd edək ki, Luka Yoviç sevgilisi Sofiya Miloşeviçə görə Madriddəki karantin rejimini pozaraq Serbiyaya gedib.


Digər xəbərlər

Xəbər xətti