"Səbail"in legioneri: "Burda ordu yoxdu, küçəyə çıxa bilirik"

13:45 2 Aprel 2020

"Səbail”in yarımmüdafiəçisi Hendrik Ekşteyn mövcud durumda evdə məşq etmək üçün idman avadanlıqları alıb.

 

Sportarena.az xəbər verir ki, bunu 29 yaşlı cənubi afrikalı kickoff.com-a açıqlamasında deyib.

 

"Evdə məşq edirəm. Bir neçə idman avadanlığı almışam. Ala bilməyənlər də üzülməsin, evdə çox şeydən istifadə edə bilərlər. Stulların köməyi ilə çalışmaq da mümkündü".

 

O, Azərbaycanda koronavirus üzündən yaranan ümumi vəziyyəti şərh edib: "Bakıda tam qapalı vəziyyətdə yaşamırıq. Burda durum CAR-dakı kimi deyil, amma yenə də evdə qalmağın vacib olduğunu vurğulayırlar. Buna görə evdə oluruq. Küçədə ordu yoxdu, buna görə də küçəyə çıxa bilirik. Klub bizə bəzi tapşırıqlar verib".

 

Ekşteyn "Səbail"də onun üçün hər şey qaydasında olduğunu vurğulayıb: "Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. Futbolun yenidən başlanmasını gözləyirəm”.


Digər xəbərlər

Xəbər xətti