Ronaldoya heyvan dedi, qalmaqal yarandı

14:00 2 Aprel 2020

“Yuventus”un ulduzu Kriştiano Ronaldonun Portuqaliyada karantin qaydalarını pozması qalmaqala səbəb olub.

 

Sportarena.az xəbər verir ki, ölkənin tanınmış siyasətçisi Rafael Masedu öz Feysbuk səhifəsində futbolçunu təhqir edib. Masedu “mən istəyirəm ki, İtaliyadan gələn bu heyvan evində otursun. Bu avaranı Madeyradan yollayın” sözlərini paylaşıb. 

 

Kriştianonun bacısı Elma Aveyru da siyasətçiyə cavab verib: “Bu adam anormaldır. Qardaşım bu cür sözlərə layiq deyil”. 

 

Masedu isə ikinci dəfə səhifəsindən paylaşım edərək Ronaldo barədə o sözləri yazmadığını, səhifəsinə müdaxilə olduğunu bildirib: “Ronaldo barədə təhqir işlətmərəm. İlk dəfə deyil ki, səhifəmə müdaxilə edirlər. Ronaldodan üzr istəyirəm. Səhifəmə xaker hücumları çox zaman olur”.


Digər xəbərlər

Xəbər xətti