Koronavirus pandemiyasına görə dayandırılan ölkə çempionatları barədə qərarı yerli federasiyalar verəcək.
Sportarena.az xəbər verir ki, qitə qurumunun videokonfransında bu barədə qərar qəbul olunub. Əgər çempionatlar bərpa edilməsə, ölkə federasiyaları növbəti mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edəcək klubları müəyyən edilən vaxta kimi UEFA-ya bildirməlidir.
UEFA-nın tövsiyəsi isə liqaların davam etdirilməsidir. Liqalar davam etdirilsə, növbəti mövsümlə bağlı ixtisarlar olacaq. Bunun üçün qitə qurumu işçi qrupları ayırıb.